[b]İslamiada: Oman maliyyə problemi ilə üzləşdi[/b]
08.05.2017 - 10:58
[b]İslamiada: Oman maliyyə problemi ilə üzləşdi[/b]

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına gələcək yığmaların heyətində dəyişikliklər davam edir. Apasport.az saytının məlumatına görə, qadın voleybolçulardan ibarət Kamerun millisinin ardından Oman da heyətinə “əl gəzdirib”.

 

Belə ki, maliyyə problemi ilə üzləşən asiyalılar artıq 2 növdə iştirakdan imtina ediblər. Onlar üzgüçülük və atıcılıq yarışlarına gəlməyəcəklərini açıqlayıblar. Lakin komandanın yekunda Bakıya neçə idmançı ilə gələcəyi hələ dəqiqləşməyib.

 

Qeyd edək ki, İslamiada mayın 12-22-də keçiriləcək. 

0