[b]Kim gəldi, kim getdi? - YENİLƏNİB[/b]
05.09.2017 - 12:45
[b]Kim gəldi, kim getdi? - YENİLƏNİB[/b]

Avropanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da “transfer pəncərəsi” bağlanıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa komandaları bu yay da heyətlərində ciddi dəyişikliklər ediblər.

 

“Transfer pəncərəsi” bağlanmasına baxmayaraq, klublarımız yenə də heyətlərini gücləndirə bilərlər. Çünki azad agent statusuna malik oyunçuların keçidinə icazə var.

 

 

“Qarabağ”

Gələnlər: Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski  (Şaxtyor, Ukrayna), Yakub Jezniçak ("Legiya", Polşa), Vild-Donald Gerye ("Alanyaspor", Türkiyə), Ramil Şeydayev ("Trabzonspor", Türkiyə: icarəyə), Pedro Enrike (PAOK, Yunanıstan: icarəyə), Tarik Elyunussi ("Olimpiakos", Yunanıstan: icarəyə)

Gedənlər: İlyas Səfərzadə (“Kəpəz”), Azər Salahlı ("Sumqayıt"), Vüqar Mustafayev ("Zirə"), İlqar Qurbanov ("Qəbələ"), Vüqar Nadirov ("Səbail"), Muarem Muarem ("Aktobe", Qazaxıstan), Boyan Şaranov

Müqavilə müddətini artıranlar: Əfran İsmayılov, Qara Qarayev, Ansi Aqolli, Miçel

 

“Qəbələ”

Gələnlər: Yusif Nəbiyev (“Sumqayıt”: icarədən qayıdıb), Elvin Məmmədov ("Zirə"), İlqar Qurbanov ("Qarabağ"), Aqil Məmmədov (AZAL), Xavi Ernandes Qonzales ("Qurnik Lençna", Polşa), Stiven Jozef-Monroz (“Brest”, Fransa), Dion Malone ("Den Haaq", Hollandiya), Endi Hallidey ("Reyncers", Şotlandiya: icarəyə), Famussa Kone ("Göztəpə", Türkiyə: icarəyə), Deyv Bultuis ("Nürnberq", Almaniya), Alen Askerov ("Noviqrad", Xorvatiya)

Gedənlər: Teo Uiks (“Ermis”: icarə müddəti başa çatıb), Rəşad Eyubov ("Sumqayıt"), Nika Kvekveskiri ("Tobol", Qazaxıstan), Rəşad Sadiqov ("Zirə"), Məhəmməd Mirzəbəyov ("Neftçi"), Sergey Zenyov ("Krakoviya", Polşa), Yusif Nəbiyev ("Zirə": icarəyə), Ramin Həsənov ("Sumqayıt": icarəyə), Daniel Subotiç ("Ulsan Hyundai", Cənubi Koreya), Rikardinyo ("Oksford Yunayted", İngiltərə), Xavi Ernandes Qonzales ("Krakoviya", Polşa), Fərid Nəbiyev ("Slaviya", Çexiya), Rafael Santos, Murad Musayev, David Petrzkeviç.

Müqavilə müddətini artıranlar: Roman Qriqorçuk (baş məşqçi), Dmitri Bezotosnı, Elvin Camalov, Vitali Vernidub, Cavid Hüseynov, Asif Məmmədov, Rasim Ramaldanov

 

“İnter”

Gələn: yoxdu

Gedənlər: Abbas Hüseynov (“Qarabağ”), Səlahət Ağayev (“Neftçi”), Zurab Xizanişvili (karyerasını bitirib), Rauf Əliyev ("Kukesi", Albaniya)

Müqavilə müddətini artıranlar: Nizami Hacıyev, Tərlan Quliyev, Samir Zərgərov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Elnur Abdullayev, Mirsahib Abbasov, İlkin Qırtımov, Denis Silva, Fuad Bayramov, Adrian Skarlatake, Məmməd Quliyev, Orxan Sadıqlı

 

“Zirə”

Gələnlər: Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi "Kəpəz"), Vüqar Mustafayev ("Qarabağ"), Rəşad Sadiqov ("Qəbələ"), David Manqa ("Hapoel", Aşkelon, İsrail), Kervens Belfort ("Surinska", İsveç), Jozef Bum ("Qaziantep BB", Türkiyə), Qabriel Matey ("Qurnik", Polşa), Yusif Nəbiyev ("Qəbələ": icarəyə), Sadio Tounkara (AZAL)

Gedənlər: Migel Lorenzo (“Vitoriya”, Portuqaliya: icarə müddəti başa çatıb), Tural Cəlilov ("Kəpəz"), Nurlan Novruzov ("Bakı": icarə müddəti başa çatıb), Yamin Ağakərimzadə ("Səbail"), Elvin Məmmədov ("Qəbələ"), Cavid Tağıyev ("Sumqayıt"), Akim Latifu ("Honved", Macarıstan), Rəşad Sadiqov ("Neftçi"), Amadu Ben Sanqar, 

Müqavilə müddətini artıranlar: Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə, Viktor İbekoyi, Yovan Krneta, Aleksandr Şemonayev, Milan Duriç, Riçard Qadze

 

“Kəpəz”

Gələnlər: İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”), İlkin Sadıqov (“Turan Tovuz”), Tural Cəlilov ("Zirə"), Azər Məmmədov ("Turan Tovuz"), Ruzi Qiyaslı ("Neftçi"), Aydın Qasımov (MOİK), Sergey Çernışev, Oseqeyl Laki Viktor, Dialo Samba, Ferreyra das Çaqas Dedimar 

Gedənlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Sumqayıt”), Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi "Zirə"), Renan Silva ("Voyvodina", Serbiya), Dario Federiko, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov, Tadas Simaitis ("Yonava", Litva), Julien Ebah, Serjio Kosta

Müqavilə müddətini artıranlar: Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Ceyhun Cavadov, Tural Rzayev

 

“Sumqayıt”

Gələnlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Kəpəz”), Cavid İmamverdiyev (“Neftçi”), Kamal Mirzəyev (AZAL), Rəşad Eyyubov ("Qəbələ"), Azər Salahlı ("Qarabağ"), Cavid Tağıyev ("Zirə"), Ramin Həsənov ("Qəbələ": icarəyə)

Gedənlər: Mirabdulla Abbasov (“Neftçi”: icarə müddəti başa çatıb), Kamran Abdullazadə ("Kəpəz"), Yusif Nəbiyev (“Qəbələ”: icarə müddəti başa çatıb), Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev, Seymur Əsədov

Müqavilə müddətini artıranlar: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə

 

“Neftçi”

Gələnlər: Səlahət Ağayev (“İnter”), Mirabdulla Abbasov (“Sumqayıt”: icarədən qayıdıb), Məhəmməd Mirzəbəyov ("Qəbələ"), Rəşad Əzizli ("Səbail"), Elnur Cəfərov ("Duqopolye", Xorvatiya), Mateo Mujek ("Rudar”, Sloveniya), Derlis Meza Kolli (“Syerro Portenyo”, Paraqvay), Rəşad Sadiqov ("Zirə"), Emin Mahmudov ("Boavişta", Portuqaliya)

Gedənlər: Cavid İmamverdiyev (“Sumqayıt”), Mahir Şükürov (karyerasını bitirib), Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev (hamısı "Səbail"), Ruzi Qiyaslı ("Kəpəz"), Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı "Səbail": icarəyə), Zdenek Folprext ("Slovan", Çexiya: icarə müddəti başa çatıb), Elvin Bədəlov ("Qarabağ Vyana", Avstriya), Georgi Navalovski ("SKA-Xabarovsk", Rusiya), Edson Kastilyo ("Mineros Quayana", Venesuela: icarəyə), Jairo Rodriges, Maksim Vaylo, Boban Baykoviç

Müqavilə müddətini artıranlar: Elxan Abdullayev (baş məşqçi), Tərzin Cahangirov, Elvin Bədəlov

 

"Səbail"

Gələnlər: Samir Əliyev (baş məşqçi), Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev (hamısı "Neftçi"), Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı "Neftçi": icarəyə), Yamin Ağakərimzadə ("Zirə"), Emin Mehdiyev, Raul Yaqubzadə (hər ikisi "Zaqatala"), Aqşin Muxtaroğlu ("Turan Tovuz"), Emin Cəfərquliyev (AZAL), Vüqar Nadirov ("Qarabağ"), Nurlan Novruzov ("Bakı"), Elman Taqayev ("Altın Asır", Türkmənistan), Maudo Lamine Jarjue ("Jil Visente", Portuqaliya), Seymur Əsədov (“Sumqayıt”), Amit Quluzadə (AEL, Yunanıstan), Murad Musayev (“Qəbələ”), Ayrton Statye (“Oss”, Hollandiya), Edqaras Zarskis (“Atlantas”, Litva), Tamaz Tsetsxaladze (“Qardabani”, Gürcüstan), Maudo Jarjue (“Vil Visente”, Portuqaliya), Renan Telleş (“Hibernians”, Malta)

Gedənlər: Elman Sultanov (baş məşqçi), Rəşad Əzizli ("Neftçi"), Emin Cəfərquliyev ("Binə")

Müqavilə müddətini artıran: Emil Balayev

0