[b]İslamiada: Yığmamızın açıq məşqi olacaq[/b]
08.05.2017 - 13:00
[b]İslamiada: Yığmamızın açıq məşqi olacaq[/b]

Taekvondo üzrə Azərbaycan millisinin açıq məşqi keçiriləcək. Federasiyadan apasport.az saytına verilən məlumata görə, hazırlığın gedişində IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək komandanın üzvləri KİV nümayəndələrinin suallarını cavablandıracaqlar.

 

Məşq mayın 10-da saat 16:00-da Azərbaycan Taekvondo Federasiyasının idman zalında təşkil olunacaq.

 

Qeyd edək ki, İslamiadada Azərbaycanı 8 kişi və 4 qadın taekvondçu təmsil edəcək. 

0