[b]Cüdo Federasiyasından xüsusi hədiyyə - FOTO[/b]
08.05.2017 - 17:33
[b]Cüdo Federasiyasından xüsusi hədiyyə - FOTO[/b]

Azərbaycan Cüdo Federasiyası paytaxt və bölgələrdə cüdonun inkişafı üçün var gücü ilə çalışmaqdadı. Apasport.az saytının məlumatına görə, son vaxtlar müxtəlif rayonlarda yeni cüdo zallarının açılması, idmançıların idman geyimləri ilə təmin olunması bunun əyani sübutudu.

 

Bu gün Azərbaycan Cüdo Federasiyasının nümayəndələri Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində olublar və bu quruma idman geyimləri təqdim olunub. Bundan başqa, federasiya tərəfindən cəmiyyətə yeni tatamilər də verilib. 


DİN İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova göstərilən qayğıya görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə öz minnətdarlığını bildirib.

 

Mənbə: judo.az

 

0