Berti Foqts “Park İnn” otelində mətbuat konfransı keçirəcək
11.04.2008 - 11:47
Berti Foqts “Park İnn” otelində mətbuat konfransı keçirəcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun təqdimat mərasimi aprelin 14-də keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, aprelin 13-də Bakıya gələcək almaniyalı mütəxəssis ertəsi gün keçiriləcək tədbirə qatılacaq. “Park İnn” otelində 62 yaşlı mütəxəssis həm rəsmən təqdim olunacaq, həm də mətbuat konfransı keçirəcək. Təqdimat mərasimi saat 18:30-da başlayacaq. Qeyd edək ki, B.Foqts AFFA ilə müqaviləni Almaniyada imzalayıb.
0