[b]İslamiada: Azərbaycan da qalib gəldi, Türkiyə də[/b]
10.05.2017 - 17:43
[b]İslamiada: Azərbaycan da qalib gəldi, Türkiyə də[/b]

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın həndbolçular arasında keçirilən yarışda bu gün II turun matçları oynanılıb. Apasport.az saytının məlumatına görə, ilk görüşdə Kameruna qalib gələn Azərbaycan millisi Özbəkistan yığması ilə qarşılaşıb.

 

Görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb. İlk hissəni 23:9 hesabı ilə aktivinə yazan Georgi Voronovun yetirmələri yekunda 26 top fərqi ilə qalib gəliblər.

 

Digər oyunda isə Türkiyə Kamerundan güclü olub.

 

Beləliklə, 2 turdan sonra yığmamız və “ay-ulduzlular” 4 xal toplayıblar. Bu komandalar sabah öz aralarında birinci pillənin sahibini müəyyənləşdirəcəklər.

 

II tur

Özbəkistan – Azərbaycan – 21:47 (9:23)

Hakimlər: Viktoriya Alpaidze, Tatyana Berejkina (hər ikisi Rusiya)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

 

Azərbaycan: 1. Səbinə Nuriyeva, 72. Natalya Qayoviç, 2. Anna Həmidova, 3. Marina Tankaskaya, 7. Anastasiya Metelska, 9. İrina Qasımova, 10. Anna Burova, 13. Mariya Raçitelyeva, 14. Sakinat Abasova, 22. Yekaterina Artamanova, 27. Oksana Orexova, 28. Yekaterina Peçe, 33. İrina Klimenko, 44. Alla Çernişova

 

Kamerun – Türkiyə - 31:33 (16:19)

 

Ölkə

O

Q

H

M

T

X

Azərbaycan

2

2

0

0

75-47

4

Türkiyə

2

2

0

0

70-52

4

Kamerun

2

0

0

2

57-61

0

Özbəkistan

2

0

0

2

42-84

0

 

 

 

0