[b]Türkiyə və Azərbaycan qələbə ilə başladı - YENİLƏNİB[/b]
11.05.2017 - 23:17
[b]Türkiyə və Azərbaycan qələbə ilə başladı - YENİLƏNİB[/b]

Bu gün İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

 

Bu görüşlərdə A qrupunun yığmaları bir-biriləri ilə güclərini yoxlayıblar. Açılış matçı Türkiyə ilə Tacikistan arasında olub. Anadolulular rahat qələbəyə seviniblər.

 

Ardınca Azərbaycan millisi meydana çıxıb. Fərid Cəlalovun yetirmələri debütdə Pakistan voleybolçuları ilə mübarizə aparıblar. Matç yığmamızın rahat qələbəsi ilə başa çatıb - 3:0.

 

İslam Həmrəyliyi Oyunları

Voleybol, kişilər

I tur

 

A qrupu

Türkiyə – Türkmənistan - 3:0 (25:16, 25:11, 27:25)

 

Azərbaycan – Pakistan - 3:0 (25:22, 25:18, 25:21)

 

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 12. Bartlomiej Lipinski, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Yusuf Ərdəm, 17. Milos Hebda, 19. Kənan Allahverdiyev.

“Bakı Kristan Zal”

 

Qeyd edək ki, A qrupunda yer alan Fələstin ilk turda istirahət edib. Digər “beşlik”də isə Qətər, Əlcəzair, İran, Səudiyyə Ərəbistanı və Mərakeş mübarizə aparacaq.

 

S

Komandalar

O

Q

M

S/F

X/F

X

1

Türkiyə

1

1

0

3-0

77-52

3

2

Azərbaycan

1

1

0

3-0

75-61

3

3

Türkmənistan

1

0

1

0-3

52-77

0

4

Pakistan

1

0

1

0-3

61-75

0

5

Fələstin

0

0

0

0

0

0

0