[b]Azərbaycan Qırğızıstanı meydana çıxmağa peşman etdi - YENİLƏNİB[/b]
11.05.2017 - 20:01
[b]Azərbaycan Qırğızıstanı meydana çıxmağa peşman etdi - YENİLƏNİB[/b]

Bu gün İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışı da keçirilir. Apasport.az saytının məlumatına görə, dairəvi sistemlə təşkil olunan yarışın I turunda Azərbaycan millisi Qırğızıstanla qarşılaşıb.

 

Turnirin əsas favoritlərindən biri olan Faiq Qarayevin yetirmələri orta asiyalı rəqiblərinə "göz açmağa" imkan verməyiblər. İlk setdə rəqibinə 7, üçüncü setdə 8, ikinci setdə isə cəmi 3 xal toplamağa imkan verən voleybolçularımız darmadağına seviniblər.

 

Günün ilk matçında isə Türkiyə Tacikistana eyni aqibəti yaşadıb - 3:0.

 

İslam Həmrəyliyi Oyunları

Voleybol, qadınlar

I tur

 

Türkiyə – Tacikistan - 3:0 (25:8, 25:6, 25:7)

 

Azərbaycan – Qırğızıstan - 3:0 (25:7, 25:3, 25:8)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Koçyığıt, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 10. Yana Kulan, 11. Katerina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibiova.

“Bakı Kristan Zal”

 

 

Komanda

O

Q

M

S/F

X/F

X

Azərbaycan

1

1

0

3-0

75-18

3

Türkiyə

1

1

0

3-0

75-21

3

Tacikistan

1

0

1

0-3

21-75

0

Qırğızıstan

1

0

1

0-3

18-75

0

 

0