[b]Renat Dadaşov dubl etdi, komandası yarımfinala adladı - FOTO[/b]
11.05.2017 - 11:23
[b]Renat Dadaşov dubl etdi, komandası yarımfinala adladı - FOTO[/b]

Almaniyanın U-19 komandaları arasında keçirilən Gesse kubokunda 1/4 final mərhələsinin qarşılaşmaları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt”ın U-19 komandası “Offenbax”lı həmyaşıdları ilə qarşılaşıb.

 

Gənclər Bundesliqasının Cənub zonasının XXVI turunda çempion “Bavariya”ya 3:0 hesabı ilə qalib gələn “Ayntraxt” budəfəki rəqibini darmadağın edib. Frankfurtluların 6:0 hesabı ilə qələbə qazandıqları matçda Dadaşov dubla imza atıb.

 

9-cu dəqiqədə hesabı açan həmyerlimiz 26-cı dəqiqədə növbəti dəfə çərçivəni dəqiq nişan alıb. Bununla da "Ayntraxt" yarımfinala vəsiqə əldə edib.

0