SİZİN REKLAM BURADA

"Ölənədək mənə təzminat ödəyəcəklər" - uşağın atası kimdi?

Ağır atletika üzrə Azərbaycan yığmasında qalmaqal baş verib. Apasport.az saytı baku.ws-ə istinadən xəbər verir ki, komandanın yeniyetmə üzvlərindən biri, Goranboydan olan Xumar Məmmədova məşqlərə hamiləliyini gizlədərək qatılırmış.

 

7-8 aylıq hamilə atletin "sirri"nin üstü 2 gün öncə açılıb. Bundan sonra idmançı komandadan xaric edilib. Federasiya isə baş məşqçi Natali Prişepanın belə diqqətsizliyinə görə izahat alıb.

 

Bir ehtimal da var ki, İslamiadadan sonra qadınlardan ibarət millinin baş məşqçisi komandadan qovula bilər. Digər məlumatda o da bildirilir ki, federasiya rəhbərliyi məsələdə idmançının şəxsi məşqçisi Kərim Kərimlidən şübhələnir. Yəni, uşağın atası idmançının şəxsi məşqçisidi.

Adamın həyatı ilə bu cür oynamazlar. İnsan infarkt keçirər. Uzun illər əziyyət çəkib, iş görürəm, bu boyda böhtanla rastlaşmamışam

“1 ildən çoxdu gənc oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisiyəm. Başımı aşağı salıb, işimlə məşğul olmuşam. Sadəcə, adımın hallanması mənə çox pis təsir edir” – bu sözləri isə apasport.az saytına Kərim Kərimli deyib.

O, əməkdaşımızla söhbətində haqqında yayılan xəbərlərə münasibət bildirib: “Xumar müəyyən müddətdi millidən kənarlaşdırılıb. Özü də mən gənc oğlanlardan ibarət yığmanın çalışdırıcısıyam, qızlarla işim yoxdu. Onlar Şüvəlanda, ardınca Astarada məşq keçiblər. Sabah, birigün uşaq dünyaya gələcək. Onun atası da bəlli olacaq. Bunu müəyyən etmək üçün analizlər götürülə bilər. İnanmıram ki, qız belə bir söz desin. Böhtandı. Amma bu boyda da yox. Bunu yazan jurnalistə səhərdən zəng edirəm, amma telefonu açmır. Onu məhkəmələrdə zəlil edəcəm. Ömrünün sonunadək mənə təzminat ödəyəcək. Mənim ailəm, 4 uşağım və 6 nəvəm var. O qız nəvəm yaşındadı. Görün, adıma necə ləkə yaxırlar”.

 

Kərimlinin fikrincə, federasiyanın adından sui-istifadə edilib: “59 yaşım var, Xumar isə 21 yaşındadı. Federasiyanın da adından da böhtan yazıblar. Bunu kim deyib? Sensasiya xətrinə xəbər yazırlar. Adamın həyatı ilə bu cür oynamazlar. İnsan infarkt keçirər. Uzun illər əziyyət çəkib, iş görürəm, bu boyda böhtanla rastlaşmamışam”.

 

 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10