[b]İslamiada: Yığmamız yarımfinala yüksəldi[/b]
11.05.2017 - 17:37
[b]İslamiada: Yığmamız yarımfinala yüksəldi[/b]

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın həndbolçular arasında keçirilən yarışda qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, III turda yarışın liderləri Azərbaycan və Türkiyə üz-üzə gəlib.

 

İlk iki matçda qələbə qazanan rəqiblərin duelində millimiz üstün olub – 27:22. Beləliklə, yığmamız mərhələni 1-ci yerdə başa vurub. Bu nəticə yığmamızı yarımfinala daşıyıb.

 

Çünki yarışların əsasnaməsinə görə öncə qrupda mübarizə aparan 4 komanda sonradan yenidən yarımfinalda üz-üzə gəlməlidi.

 

Millimiz rəqibi isə qrup sonuncusu Özbəkistan olacaq. Kamerunla autsayderlərin duelində uduzan asiyalılar yarımfinala sonuncu yerlə yüksəlib.

 

Qeyd edək ki, yarımfinal qarşılaşmaları mayın 13-də keçiriləcək.

 

İslam Həmrəyliyi Oyunları

Həndbol, qadınlar

Qrup mərhələsi, III tur

 

Azərbaycan – Türkiyə - 27:22 (10:8)

Hakimlər: Diana Floresku, Anamariya Stoya (hər ikisi Rumıniya)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

 

Azərbaycan: 1. Səbinə Nuriyeva, 72. Natalya Qayoviç, 2. Anna Həmidova, 3. Marina Tankaskaya, 7. Anastasiya Metelska, 9. İrina Qasımova, 10. Anna Burova, 13. Mariya Raçitelyeva, 14. Sakinat Abasova, 22. Yekaterina Artamanova, 27. Oksana Orexova, 28. Yekaterina Peçe, 33. İrina Klimenko, 44. Alla Çernişova

Özbəkistan – Kamerun – 25:41 (7:18)

 

Yer

Komanda

O

Q

H

M

T

X

1

Azərbaycan

3

3

0

0

102-69

6

2

Türkiyə

3

2

0

1

92-79

4

3

Kamerun

3

1

0

2

98-86

2

4

Özbəkistan

3

0

0

3

67-125

0

 

0