[b]“Bizə daha çox süni meydança mane oldu” – Yusuf Anbar[/b]
11.05.2017 - 21:28
[b]“Bizə daha çox süni meydança mane oldu” – Yusuf Anbar[/b]

“Azərbaycanı qələbə münasibətilə təbrik edirəm. Oyunun belə keçəcəyini gözləyirdik. İlk hissədə biz daha yaxşı oynadıq, ancaq qol vura bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Səudiyyə Ərəbistanı U-23 millisinin baş məşqçisi Yusuf Anbar deyib.

 

İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının ikinci turunda millimizlə qarşılaşan ərəblərin çalışdırıcısı 0:2 hesablı məğlubiyyəti şərh edib: “İkinci hissədə rəqib hücumlar etdi və ona lazım olan və layiq olduğu nəticəni qazandı. Komandaya qarşıdakı görüşlərdə uğurlar arzulayıram. Son oyunumuz formal xarakter daşısa da, öz gücümüzü göstərməyə çalışacağıq”.

 

- Hava şəraiti sizə təsir etmədi?

- Xeyr, hava şəratinin bizə ciddi təsir etdiyini demək olmaz. Bizə daha çox süni meydança mane oldu.

 

- Ötən oyunda Mərakeş yığması ilə oynadınız, cəmi bir hücum edə bilmişdiniz. Millimiz oyunda isə yetərincə qol vəziyyəti yaratdınız, ancaq uduzdunuz. Sizcə hansı yığma daha güclüdür?

- Həm Mərakeş, həm də Azərbaycan yığması layiqli rəqiblərdi. İkisi də alqışalayiq oyun göstərirlər. Ancaq mən fiziki cəhətdən Mərakeşin üstün olduğunu qeyd etməliyəm. Buna baxmayaraq, sizin millinizin gözəl potensialınız var. 6, 8, 9, 11 və 15 nömrəli oyunçularınız (uyğun olaraq: Rəşad Sadiqov, Elşən Abdullayev, Ağabala Ramazanov, Mahir Mədətov və Ruslan Abışov – red.) çox yaxşı təsir bağışlayırlar. Hansı milli növbəti mərhələyə çıxsa, layiqli nəticə olacaq.

0