[b]“Rəqib həyasızlıq edirdi” – Rəşad Sadiqov[/b]
12.05.2017 - 00:13
[b]“Rəqib həyasızlıq edirdi” – Rəşad Sadiqov[/b]

23 yaşadək futbolçulardan ibarəət Azərbaycan yığmasının heyətində yer alan 3 təcrübəli futbolçudan biri olan Rəşad Sadiqov Səudiyyə Ərəbistanı yığması ilə oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Fərqli iki hissəinin şahidi olduq. Fasiləyədək niyə üstünlüyü rəqibə vermişdiniz?

- Ağır oyun oldu. Rəqibin kimliyindən asılı olmayaraq bu cür süni meydançada oynamaq çox çətindi. Çempionatdan fərqli bu cür yarışlarda səhv etmək olmaz. Çünki uğur qazanmaq istəyirsən. Birinci hissədə həm də küləyə qarşı oynayırdıq. Rəqib bizi öz qapımıza sıxmışdı. Amma ikinci hissədə üstünlük bizim tərəfdə oldu.

 

- Özünüz belə seçim etmişdiniz?

- Yox, püşkdən sonra seçim rəqibdə idi. Onlar da o qapını seçdilər. Topu vururduq, özümüzə qayıdırdı, irəli getmirdi. Həm meydançanı da suvarmamışdılar. Artıq bununla bağlı bir neçə dəfə iradımızı çatdırmışıq, amma dəyişən bir şey yoxdu. Ötən məşq, oyun zamanı da demişdik. Ötürmə edirsən, top ünvana çatmır. Bir tərəfdən süni örtük, digər yandan quru yerdə top da ağır hərəkət edir. Bilirsiz, futbolçulara da kömək etmək lazımdı. Təşkilatçılar oyunları bu meydançaya salıb, oynamalıyıq. Amma müəyyən şeylər var ki, onları aradan qaldırmaqla oyunçulara yardım etmək mümkündü. Meydançanı suvarmaq çətin bir şey deyil.

 

- Birinci hissədə yarımmüdafiədə oynasanız da, gözə dəymədiniz. Amma fasilədənn sonra müdafiənin mərkəzində qərarlaşdınız. Sanki belədə komandaya daha çox kömək edirdiniz...

- Birinci hissədə qeyd etdiyim kimi, külək mane olurdu. Üstəlik, yarımmüdafiədə azlıqda qalırdıq, çoxala bilmirdik. 5-4-1 sistemində ortada 2 nəfərlə qalırsan.

 

- Mükafat fondu da açıqlanıb, xəbəriniz var?

- Uşaqlarla da söhbətimiz olub. Onlara da məsləhət bilmişəm ki, pulu fikirləşməyin. Yarış ölkəmizdə keçirilir və ən azı buna görə mübarizə aparmalıyıq. Deməsinlər, qrupda qaldılar. Desinlər, yaxşı çıxış etdilər. Pulu burda olmasa da, klubda qazanırıq.

 

- Yorğun deyilsiz?

- Bir az yorğunluq var. Bu da süni örtüklə bağlıdı.

 

- Gənc futbolçularımız niyə belə çılğın, aqressivdirlər?

- Rəqibin heyətində yer alan 15 nömrəli futbolçuları çox həyasızlıq edirdi. Hər cərimə zərbəsi təyin edilən zaman futbolçularımıza qarşı aqressiv olurdu. Əgər bir nəfərlə 4-5 oyunçunun problemi yaranırsa, deməli, problem ondan qaynaqlanır.

 

- Amma oyunun əvvəllərində Mahir Mədətov həm hakimlə, həm də yersiz şəkildə rəqib futbolçularla mübahisə edirdi...

- Olur, onlar da buna şərait yaradırdılar. Qələbə qazanmaq istəyirsən. Qol vura bilməyəndə istər-istəməz gərginlik yaşayırsan. Mahirə də bildirdik ki, bu, düzgün deyil.

 

- Mərakeşin oyununu izləmisinizmi?

- İzləməmişəm, amma izləyəcəyik. İnanıram ki, bunlardan daha güclü komandadı. Heç-heçə bizə sərf etməyəcək. Çünki 3 komanda arasında xallar bərabər olsa, Səudiyyə Ərəbistanı ilə oyunun nəticəsi silinir. Belədə biz qrupda qalırıq. Çalışmalıyıq ki, qələbə qazanaq.

0