[b]İslamiada: Məcidov asan qələbə ilə başladı[/b]
12.05.2017 - 14:49
[b]İslamiada: Məcidov asan qələbə ilə başladı[/b]

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, turnirin rəsmi açılış günündə bir boksçumuz rinqə çıxıb.

 

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov ilk döyüşünü keçirib. İkiqat dünya çempionumuz mübarizəyə 1/8 final mərhələsindən start verib. Qazaxıstanlı Nurlan Saparbayı sınağa çəkən boksçumuz asan qələbə qazanıb. 5 hakimin hər biri yekdilliklə üstünlüyü Məcidova verib - 5:0. 

 

O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Qarşılaşma mayın 15-də olacaq.

0