[b]Yığmamız açılış olmamış mübarizəni dayandırdı - YENİLƏNİB[/b]
12.05.2017 - 12:50
[b]Yığmamız açılış olmamış mübarizəni dayandırdı - YENİLƏNİB[/b]

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişilərin həndbol yarışlarında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, A qrupunda yarışımış və 3-cü olmuş millimiz də 5-ci yer uğrunda mübarizə aparıb.

 

Keçirdiyi 3 matçın 2-də məğlub olaraq mükafatlardan əlini üzmüş yığmamız təsəlli görüşündə B qrupunun üçüncüsü Mərakeşlə qarşılaşıb. Heç bir əhəmiyyət kəsb etməyən oyun Hikmət Abdullayevin yetirmələrinin qələbəsi ilə başa çatıb. Mərakeşə 31:25 hesabı ilə qalib gələn yığmamız 5-ci yeri tutub.

 

Beləliklə, İslamiadanın rəsmi startı verirməmiş Azərbaycan ilk üzüntüsünü yaşayıb. Həndbolçularımız yarışda çıxışını vaxtından əvvəl bitiriblər.

 

Qrup sonuncuları Pakistanla İordaniya isə öz aralarında 7-ci yerlərin sahiblərini müəyyənləşdiriblər. Birincilər 33:31 hesabı ilə qalib gəliblər. 

 

İslam Həmrəyliyi Oyunları

Həndbol, kişilər

 

5-ci yer uğrunda

Azərbaycan – Mərakeş - 31:25 (15:11)

 

7-ci yer uğrunda

İordaniya – Pakistan - 31:33 (14:18) 

0