[b]İslamiada: 2 gimnastımız finalda[/b] - YENİLƏNİB
12.05.2017 - 15:56
[b]İslamiada: 2 gimnastımız finalda[/b] - YENİLƏNİB

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə yarışlara start verilib. Apasport.az saytının məlumatına görə, idmançılar Milli Gimnastika Arenasında keçirilən yarışın ilk günündə təsnifat mərhələsində güclüləri müəyyənləşdirib.

 

İslamiadada çıxış edən 14 gimnast halqa və topla hərəkətləri icra edib. Yığmamızın heyətində xalçaya Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova çıxıb.

 

Marina və Jalənin çıxışları uğurlu alınıb. Onlar hər iki növdə finala yüksələ bilib. Zöhrə isə mübarizəni dayandırıb.

 

65,250 xala malik Azərbaycan yığması komanda hesabında 1-ci pillədə qərarlaşıb. Özbəkistan 62,100 xalla 2-ci, Türkiyə isə 51,300 xalla 3-cüdü.

 

Qeyd edək ki, sabah gürz və lentlə hərəkətlərdən sonra komanda hesabında medalla veriləcək. Mayın 14-də isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. 

0