[b]İslamiada: Yusifzadə, Şahsuvarlı və Rəhimov 1/4 finalda! - YENİLƏNİB[/b]
13.05.2017 - 19:54
[b]İslamiada: Yusifzadə, Şahsuvarlı və Rəhimov 1/4 finalda! - YENİLƏNİB[/b]

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, boks millimizin daha üç üzvü rinqə çıxıb. Onların hamısı döyüşlərini qələbə ilə başa vurublar.

 

İlk olaraq mübarizəyə 75 kq çəki dərəcəsində yarışan Kamran Şahsuvarlı qoşulub. Desmond Amsterdamla (Qayana) üz-üzə gələn Olimpiya mükafatçımız rəqibinə heç bir şans verməyib. O, 5:0 hesabı ilə qalib gəlib. 

 

Şahsuvarlı 1/4 finalda İhsan Ərdoğanla (Türkiyə) gücünü yoxlayacaq. Görüş mayın 16-da olacaq. 

 

Məsud Yusifzadə də komanda yoldaşının uğurunu təkrarlayıb. 52 kq çəki dərəcəsində yarışan təmsilçimiz ilk görüşündə türkiyəli Ömər Koça qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Yusifzadə 1/4 finalda Abrorjon Kodırovla (Özbəkistan) qüvvəsini sınayacaq. Bu qarşılaşma mayın 16-da keçiriləcək.  

 

81 kq-da yarışan Rauf Rəhimov isə Hafidz Adli Mohdu (Malayziya) mübarizədən kənarlaşdırıb. Onun 1/4 final görüşü mayın 16-na təsadüf edəcək. Boksçumuz Əli Xanla (Pakistan) qarşılaşacaq. 

 

Qeyd edək ki, artıq milli komandamızın bir üzvü rinqə çıxıb. 91 kq çəki dərəcəsində yarışan Məhəmmədrəsul Məcidov ilk görüşündə qazaxıstanlı Nurlan Saparbayı məğlub edib. 

0