[b]İslamiada: Azərbaycan – Türkiyə finalı - YENİLƏNİB[/b]
13.05.2017 - 15:34
[b]İslamiada: Azərbaycan – Türkiyə finalı - YENİLƏNİB[/b]

Qadın həndbolçuların Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması da həlledici qarşılaşmaya vəsiqə qazanıb.

 

Yarımfinalda Özbəkistanı 42:25 hesabı ilə darmadağın edən yığmamız yarışın həlledici qarşılaşmasında oynamaq hüququ qazanıb.

 

Turnirdə keçirdiyi bütün görüşlərdə qələbə qazanan millimizin finaldakı rəqibi Türkiyə olacaq. “Ay-ulduzlular” yarımfinalda Kameruna qalib gəlib – 34:18.

 

Azərbaycan və Türkiyə milliləri arasında final sabah keçiriləcək. Qızıl medallar uğrunda qarşılaşma saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, Kamerun və Özbəkistan yığmaları 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək.

 

İslam Həmrəyliyi Oyunları

Həndbol, qadınlar

1/2 final

Azərbaycan – Özbəkistan – 42:25 (24:13)

Türkiyə - Kamerun – 34:18 (16:7)

0