[b]Yığmamızın 9 medal şansı - YENİLƏNİB[/b]
13.05.2017 - 16:27
[b]Yığmamızın 9 medal şansı - YENİLƏNİB[/b]

Bu gün İslam Həmrəyliyi Oyunlarında idman gimnastlarının mübarizəsinə start verilib. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında həm kişi, həm qadınların yarışı başlayıb.

 

İlk gündə kişilər sərbəst hərəkətlər, paralel qollar və halqalarda çıxış edib.

Azərbaycan yığmasının üzvləri də təsnifat mərhələsində uğurla çıxış edib. İdmançılarımız 5 növdə finala 9 vəsiqə əldə edib.

 

Sərbəst hərəkətlərdə Murad Ağarzayev 14,500 xalla hamıdan güclü olub. Bu da ona finalda yeganə təmsilçimiz olmaq imkanı verib. Timur Bayramov 12,400 xalla 10-cu, Bense Talas 11,650 xalla 13-cü yeri tutub.

 

Halqalarda Bense Talas 14,100 xaııa 2-ci, Murad Ağarzayev 13,100 xalla 4-cü, Timur Bayramov 12,850 xalla 7-ci olub. İlk iki idmançımız finala vəsiqə əldə edib.

 

Timur Bayramov paralel qollarda 3-cü olub – 13,300 xal. 12,850 xalla 5-ci olan Bense Talas da finala yüksəlib. 12,600 xala malik Murad Ağarzayev isə 6-cı yeri tutsa da, bu hərəkətdə çıxışını başa vurub.

 

Qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda xalça üzərinə çıxıb. Müxtəlif hündürlüklü qollarda Yuliya İnşına 12,250 xalla 1-ci, Yekaterina Tişkova 11,600 xalla 3-cü olmaqla finala yüksəlib. 10,500 xalla 5-ci olan Marina Nekrasova mübarizəni dayandırıb.

 

Tullanmada Marina Nekrasova 13,800 xalla 2-ci, Yuliya İnşına 13,000 xala 3-cü yeri tutub. Onlar final mərhələsinə yüksəliblər.

0