[b]Yığmamız tay-brekdə sevindi – YENİLƏNİB[/b]
14.05.2017 - 00:09
[b]Yığmamız tay-brekdə sevindi – YENİLƏNİB[/b]

İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışlarında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə cəmi bir qarşılaşma baş tutub.

 

Bu görüşdə A qrupunun yığmaları bir-biriləri ilə güclərini yoxlayıblar. Azərbaycan millisi Türkiyə ilə üz-üzə gəlib. İlk turda 3:0 hesabı ilə qələbə qazanan komandalar bu oyunda ciddi rəqabətlə üzləşiblər.

 

Yığmamız ağır keçən oyunda tey-breklə qalib gəlməyi bacarıb. 

 

Günün digər oyununda Tacikistanla Fələstin qarşılaşmalı olsa da, ilk turdan istirahət edən sonuncular yarışa gəlməyib. Bu üzdən matç baş tutmayacaq.

 

İslam Həmrəyliyi Oyunları

Voleybol, kişilər

II tur

 

A qrupu

Azərbaycan – Türkiyə - 3:2 (28:26, 13:25, 25:17, 19:25, 18:16)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 12. Bartlomiej Lipinski, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Yusuf Ərdəm, 17. Milos Hebda, 19. Kənan Allahverdiyev.

“Bakı Kristan Zal”

 

Qeyd edək ki, B qrupunda Qətər, Əlcəzair, İran, Səudiyyə Ərəbistanı və Mərakeş mübarizə aparacaq.

 

S

Komandalar

O

Q

M

S/F

X/F

X

1

Azərbaycan

2

2

0

6-2

178-170

5

2

Türkiyə

2

1

1

5-3

186-155

4

3

Türkmənistan

1

0

1

0-3

52-77

0

4

Pakistan

1

0

1

0-3

61-75

0

0