[b]“Bavariya”dan möhtəşəm “comeback”, “Leypziq” “gümüş”ü təxirə saldı - YENİLƏNİB[/b]
13.05.2017 - 19:24
[b]“Bavariya”dan möhtəşəm “comeback”, “Leypziq” “gümüş”ü təxirə saldı - YENİLƏNİB[/b]

Almaniya Bundesliqasında bu gün XXXIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun bütün qarşılaşmaları eyni saatda start götürüb.

 

Mərkəzi qarşılaşmada “Leypziq”lə “Bavariya” üz-üzə gəlib. Çempionluğu təmin edən Münhen təmsilçisi üçün bu matç formal xarakter daşıyırdı. Doğma azarkeşləri önündə qazanacağı 1 xal “Leypziq”in gümüş medalları təmin etməsinə şərait yaradacaq olsa da, debütant bu şansı əldən verib. Qarşılaşma boyunca öndə olan meydan sahibləri son dəqiqələrdə buraxdığı qollarla həm qələbəni, həm heç-heçəni, həm də "gümüş"ü erkən təmin etmək şansını əldən verib.

 

Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirən Dortmund “Borussiya”sı ilə “Hoffenhaym” arasında 3-cülük yarışı davam edir. Hər iki komanda səfərə yollanıb. Dortmundlular səfərdə 1 xal qazanıbsa, "Hoffenhaym" qələbəyə sevinib.

 

 

Almaniya. Bundesliqa

XXXIII tur

 

13 may

“Maynts” – “Ayntraxt” - 4:2

Qollar: Kordoba, 60, Bell, 62, Muto, 76, De Blasis, 90+3 - Hrqota, 42, Seferopviç, 50

 

“Bayer” – “Köln” - 2:2

Qollar: Kisslinq, 60, Pohjanpolo, 71 - Yoyiç, 14, Klunter, 48

 

“Darmştadt” – “Herta” - 0:2

Qollar: Kalu, 14, Torunariqa, 28

 

“Auqsburq” – “Borussiya” (D.) - 1:1

Qollar: Finboqassan, 28 - Obameyanq, 32

 

“Leypziq” – “Bavariya” - 4:5

Qollar: Şabitzer, 2, Verner, 29, 65, Poulsen, 47 - Levandovski, 17 (pen.), 84, Alkantara, 60, Alaba, 90+1, Robben, 90+5

 

“Frayburq” – “İnqolştadt” - 1:1

Qollar: Filip, 31 - Lezkano, 43

 

“Şalke” – “Hamburq” - 1:1

Qollar: Burqstaller, 25 - Lasoqqa, 90+2

 

“Verder” – “Hoffenhaym” - 3:5

Qollar: Gebre Selasie, 59, Barqfrede, 86, Baue, 90 - Szalai, 7, Kramariç, 11, 49, Zuber, 40, Biçakçik, 52

 

“Volfsburq” – “Borussiya” (M.) - 1:1

Qollar: Qomez, 58 - Vesterqaard, 24

 

Turnir cədvəli

 

1.

Bavariya

32

23

7

2

80:17

76

2.

Leypziq 

32

20

6

6

60:32

66

3.

Borussiya D.

33

17

10

6

68:37

61

4.

Hoffenhaym

33

16

13

4

64:37

61

5.

Herta

33

15

4

14

41:41

49

6.

Frayburq

33

14

6

13

41:56

48

7.

Köln

33

11

13

9

49:42

46

8.

Verder

33

13

6

14

58:60

45

9.

Borussiya M.

32

12

7

13

42:46

43

10.

Şalke

33

11

9

13

44:39

42

11.

Ayntraxt

33

11

8

14

34:41

41

12.

Bayer

33

10

8

15

47:53

38

13.

Mainz

33

10

7

16

44:53

37

14.

Auqsburq

33

9

10

14

35:51

37

15.

Volfsburq

32

10

6

16

32:49

36

16.

Hamburq

33

9

8

16

31:60

35

17.

İnqolştadt

33

8

7

18

35:56

31

18.

Darmştadt 

33

7

3

23

26:61

24

 

0