[b]Taekvondoçularımız Atletlər kəndinə köçdü[/b]
13.05.2017 - 17:28
[b]Taekvondoçularımız Atletlər kəndinə köçdü[/b]

Taekvondo üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunları üçün hazırlıqları yekunlaşdırıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu gün həm qadınlardan, həm də kişilərdən ibarət yığma komandalarımız Atletlər kəndinə yollanıblar.

 

Onlar taekvondo yarışları bitənədək idmançılar üçün ayrılan yaşayış kompleksində qalacaqlar.

 

Qeyd edək ki, İslamiadada Azərbaycanı 8 kişi, 4 qadın taekvondoçu təmsil edəcək. Onlar 16-18-də güclərini yoxlayacaqlar. 

0