[b]Aişə Qurbanlı: Kim güclü idisə, o da qalib gəldi[/b]
13.05.2017 - 19:19
[b]Aişə Qurbanlı: Kim güclü idisə, o da qalib gəldi[/b]

“Finalda məğlub olsam da, çalışacam ki, gələcək yarışlarda qızıl medal qazanacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında cüdoçu Aişə Qurbanlı deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışın gümüş medalına layiq görülüb. O, Azərbaycanın digər təmsilçisi, monqol əsilli Erdenebat Bazarraqça ilə həlledici görüşdə məğlubiyyətlə üzləşib.

 

Qurbanlı əvvəlcə finaldakı məğlubiyyətini şərh edib: “Həlledici görüşdə yorğun deyildim. Yəqin ki, kim güclü idisə, o da qalib gəldi. Məncə, kiçik bir səhv oldu. Erdenebat Bazarraqça bizim yığmaya təzə gəlib. Onu o qədər yaxşı tanımırdım”.

 

Aişə daha sonra cüdo millimizin digər üzvlərinə uğurlar arzulayıb: “Cüdoçu qızlarımızın hamısına uğurlar arzulayıram. Ən çox Xanım Hüseynova, Kifayət Qasımova və Nəzakət Əzizovaya azarkeşlik edirəm. Bizim qızlar güclüdü. Onlar komandanın liderləridi. Oğlanların da hamısına azarkeşlik edirəm”.

 

 

 

 

0