[b]“Qarabağ”ın hədəfindəki futbolçudan liderə möhtəşəm qol[/b] - VİDEO
13.05.2017 - 19:43
[b]“Qarabağ”ın hədəfindəki futbolçudan liderə möhtəşəm qol[/b] - VİDEO

“Qarabağ”ın heyətinə qatmağa çalışdığı Tokelo Rantie “Gənclərbirliyi”nin heyətində növbəti qoluna imza atıb. Apasport.az saytının məlumatına görə, o, Türkiyə çempionatının XXXI turu çərçivəsində lider “Başakşəhər”lə matçda fərqlənib.

 

Səfərdə keçirilən qarşılaşmada “Gənclərbirliyi” 1:2 hesabı ilə uduzub. Oyunda hesabı qonaqlar açıblar. 26-cı dəqiqədə rəqib qapısına yol tapan Rantie komandasını hesabda önə keçirib. Lakin fasilədən sonra “Başakşəhər” 2 qol vuraraq, matçdan qələbə ilə ayrılmağı bacarıb. Ev sahiblərinin heyətində Mossoro (57) və Pektemek (66) fərqlənib.

 

Rantienin adının “Qarabağ”ın transfer siyahısında olduğunu komandanın baş məşqçisi Qurban Qurbanov da təsdiqləmişdi.

 

Qeyd edək ki, CAR yığmasının da üzvü olan Tokelo Rantie ötən ildən “Gənclərbirliyi”nin formasını geyinir. 

 

0