[b]9 qol vuruldu, “Bavariya” “Leypziq”ə yerini göstərdi - VİDEO[/b]
13.05.2017 - 19:56
[b]9 qol vuruldu, “Bavariya” “Leypziq”ə yerini göstərdi - VİDEO[/b]

Almaniya Bundesliqasında bu gün XXXIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, mərkəzi qarşılaşmada “Leypziq”lə “Bavariya” üz-üzə gəlib.

 

Çempionluğu təmin edən Münhen təmsilçisi üçün bu matç formal xarakter daşıyırdı. Doğma azarkeşləri önündə qazanacağı 1 xal “Leypziq”in gümüş medalları təmin etməsinə şərait yaradacaq olsa da, debütant bu şansdan yararlana bilməyib.

 

Qarşılaşma boyunca öndə olan meydan sahibləri son dəqiqələrdə buraxdığı qollarla həm qələbəni, həm heç-heçəni, həm də "gümüş"ü erkən təmin etmək şansını əldən verib.

 

Almaniya. Bundesliqa

XXXIII tur

 

“Leypziq” – “Bavariya” - 4:5

Qollar: Şabitzer, 2, Verner, 29, 65, Poulsen, 47 - Levandovski, 17 (pen.), 84, Alkantara, 60, Alaba, 90+1, Robben, 90+5

0