[b]“Boksçularımızdan gözləntilərimiz çox böyükdü” - Süleyman Mikayılov[/b]
13.05.2017 - 20:15
[b]“Boksçularımızdan gözləntilərimiz çox böyükdü” - Süleyman Mikayılov[/b]

“IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi doğrudan da hər bir azərbaycanlı üçün bir fəxrdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov deyib.

 

Federasiya rəsmisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında yığmamızın şanslarını dəyərləndirib.

 

O bildirib ki, boksçularımızdan gözləntilərimiz böyükdü: “İslam ölkələri arasında boks üzrə Azərbaycan millisi ilk “üçlük”dədi. Boksçularımızdan gözləntilərimiz çox böyükdü. Ümid edirik ki, bütün boksçularımız medal qazanacaq. İdmançılarımız arasında gənc boksçularımız da var ki, bunların da medala şansı var”.

 

Etibar Məmmədov

0