[b]Nicat Şıxəlizadənin qızıl şərhi - FOTO[/b]
13.05.2017 - 20:42
[b]Nicat Şıxəlizadənin qızıl şərhi - FOTO[/b]

 “Üzərimizdə böyük məsuliyyət var idi. Mükafat təyin edilməmişdən öncə də əsas məqsədimiz qızıl medal uğrunda mübarizə aparmaq idi”. Apasport.az saytının məlumatına görə, bunu cüdoçu Nicat Şıxəlizadə deyib. 


Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında 66 kq çəki dərəcəsində mübarizə aparan Şıxəlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 

29 yaşlı cüdoçu qızıl medalı ona Azərbaycan prezidenti İlham Əliyevin təqdim etməsinə görə çox sevindiyini ifadə edib: “Bu mənə qismət oldu, ölkə başçısı məni təbrik etdi. Doğma divarlar arasında qalib olduğum üçün çox sevincliyəm”.

 

0