[b]“Çempion olub, karyeramı bitirmək istəyirdim” – gümüş medalçı[/b]
13.05.2017 - 20:55
[b]“Çempion olub, karyeramı bitirmək istəyirdim” – gümüş medalçı[/b]

"Dizimdən zədə aldığım üçüm çox yaxşı hazırlaşmamışdım". Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında cüdoçu Kifayət Qasımova deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışı gümüş medalla başa vurub. Qasımova həlledici görüşdə Əlcəzair təmsilçisi Ratiba Tariketə məğlub olub.

 

Kifayət bildirib ki, yarışdan öncə qarşısına qızıl medala yiyələnərək, karyerasını bitirmək məqsədi qoyubmuş: “Əslində, qızıl medalı qazanıb karyeramı bitirmək istəyirdim. Hələlik dəqiq bir şey yoxdu. Mən o idmançını əvvəl məğlub etmişdim”.

0