[b]“Artıq qocalmışam” – Ronaldinyodan acı etiraf[/b]
14.05.2017 - 00:00
[b]“Artıq qocalmışam” – Ronaldinyodan acı etiraf[/b]

Ronaldinyo gələcək karyerası ilə bağlı sualları cavablandırıb. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu özünü daha çox səfir kimi gördüyünü deyib.

 

Konfederasiyalar Kuboku parkının açılışı üçün Kazanda olan braziliyalı Rusiyada bir neçə xeyriyyə matçı keçirə biləcəyini də bildirib: “Burada olmaqdan çox şadam. Hər kəs məni xoş qarşıladı. Bəlkə də nə vaxtsa bura xeyriyyə matçı keçirmək üçün gələcəm. Vida matçı haqqında fərqli fikirlərim var. Bu, bir oyundan ibarət olmayacaq. Yaşadığım bütün şəhərlərdə, oynadığım bütün klublarla vida görüşləri keçirəcəm”.

 

Roni karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı sualları da cavablandırıb: Məndən bunu tez-tez soruşurlar. Ancaq düşünürəm ki, bunun üçün artıq qocalmışam. Özümü daha çox səfir kimi görürəm”.

0