[b]“Məqsədim dünya çempionluğudu” – Hidayət Heydərov[/b]
13.05.2017 - 21:17
[b]“Məqsədim dünya çempionluğudu” – Hidayət Heydərov[/b]

“Çempion olacağımı gözləyirdim. Qələbəyə tam hazır idim”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı cüdoçu Hidayət Heydərov deyib.


Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan Heydərov finalda digər həmyerlimiz Rüstəm Orucovu üstələyərək qızıl medala yiyələnib.

20 yaşlı idmançı növbəti hədəfi barədə də danışıb: “Bundan sonra məqsədim dünya çempionu titulunu qazanmaqdı”.

0