[b]Yığma üzvü oynadı, komandası qalib gəldi[/b]
14.05.2017 - 00:36
[b]Yığma üzvü oynadı, komandası qalib gəldi[/b]

Slovakiya Fortuna Liqasında XXXI tur davam edir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” da növbəti oyununu keçirib.

 

Komanda evdə “Senitsa” ilə qarşılaşıb. Matç milli üzvünün komandasının qələbəsi ilə nəticələnib - 3:2.

 

Görüşə start heyətində başlayan Şeydayev 79-cu dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, bir neçə tur öncə çempionluğunu rəsmiləşdirən “Jilina”nın 67 xalı var.

0