[b]İslamiada: 3 boksçumuzdan 3 qələbə - YENİLƏNİB[/b]
14.05.2017 - 19:41
[b]İslamiada: 3 boksçumuzdan 3 qələbə - YENİLƏNİB[/b]

IV İslam Həmrəyliyi oyunlarında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha 3 idmançımız rinqə çıxıb. Onların hamısı döyüşünü qələbə ilə başa vurublar. 

 

İlk olaraq mübarizəyə 69 kq-da yarışan Tamerlan Abdullayev başlayıb. Idmançımız 1/8 finalda türkmənistanlı Muhemmetmirat Sahedovla qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib. 

 

O, 1/4 finalda qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək. Döyüş sabah baş tutacaq.

 

***

Günün ikinci yarısında 1/4 finala start verilib. 60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev də yarışa bu mərhələdən start verib. O, 1/8 finalda qayanalı Yoel Vollimasonu məğlub edən türkiyəli Hakan Doğanla döyüşüb. Görüş dünya çempionumuzun asan qələbəsi ilə yekunlaşıb.

 

Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib. Bu, boks yığmamızın təmin etdiyi ilk medaldı.

 

Çələbiyev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə döyüşəcək. 

 

***

91 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov da debüt görüşünə çıxıb. London Olimpiadasının bürünc medalçısı 1/4 finalda Özbəkistan boksçusu Sardorbek Beqaliyevlə üz-üzə gəlib. Görüş Avropa çempionumuzun qələbəsi ilə bitib - 5:0. 

 

Teymur yarımfinal döyüşünü mayın 17-də keçirəcək. Onun rəqibi isə Eldin Qoussun (Suriya) olacaq. 

 

Bu qələbə sayəsində Məmmədov da ən azı bürünc medalı özünə təmin edib.

0