[b]Reynaldonun komandası Superliqanı tərk etdi[/b]
14.05.2017 - 10:51
[b]Reynaldonun komandası Superliqanı tərk etdi[/b]

Türkiyə Superliqasını tərk edəcək bir komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Adanaspor”un sona 3 tur qalmış I liqaya yuvarlanacağı dəqiqləşib.

 

Belə ki, Superliqanın XXXI turunda “Trabzonspor”u qəbul edən adanalılar 1:1 hesablı bərabərliklə kifayətləniblər. Qış fasiləsində “Qarabağ”dan transfer edilən Reynaldo Silva bu dəfə də meydana çıxmayıb. Bu nəticədən sonra 15-ci pillədəki “Bursaspor”la aradakı xal fərqi 11 olan “Adanaspor” qalan 3 qarşılaşmada qalib gəlsə belə, elitada qala bilməyəcək.

 

Qeyd edək ki, hazırda turnir cədvəlinin “zirzəmi”sində qərarlaşan “Adanaspor”un aktivində 24 xal var.

0