[b]Rumınlar “Qarabağ”ı arzulayırlar[/b]
14.05.2017 - 12:07
[b]Rumınlar “Qarabağ”ı arzulayırlar[/b]

Rumıniya mətbuatı avrokuboklara vəsiqə əldə edən yerli klubların potensial rəqibləri barədə araşdırma aparıb. Apasport.az saytının məlumatına görə, “Vitorul” və “Styaua”nın gələn mövsümdən Çempionlar Liqasında (ÇL), Buxarest “Dinamo”sunun isə Avropa Liqasında (AL) iştirakı dəqiqdi.

 

“Vitorul”la “Styaua” ÇL-in, “Dinamo” isə AL-in III təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Mümkün rəqiblər barədə geniş yazı hazırlayan həmkarlarımız “Qarabağ”dan da söz açıblar.

 

Maraqlıdı ki, rumınlar ÇL-in II mərhələsindən yarışa qoşulacaq Azərbaycan çempionunun mərhələ adlamasını arzulayırlar. Çünki onların fikrincə, komandaları üçün növbəti mərhələdə ən münasib rəqiblərdən biri məhz “Qarabağ”dı. Hətta rumınlar ÇL-də olmasa belə, Avropa Liqasının pley-off mərhələsində Ağdam təmsilçisi ilə qarşılaşmağın əleyhinə deyillər.

 

“Qarabağ”la yanaşı, Rumıniya klubları üçün “Maribor”, “Astana”, “Zalsburq”, “Dinamo” (Zaqreb) və “Slaviya” da arzulanan komandalardı. Onların çəkindikləri potensial rəqiblər isə “Olimpiakos”, “Kopenhagen”, BATE və “Ludoqorets”di.

0