[b]35 il sonra növbəti biabırçılıq[/b]
14.05.2017 - 18:05
[b]35 il sonra növbəti biabırçılıq[/b]

“İnter” İtaliya A seriyasının 36-cı turunda “Sassuolo”ya uduzub. Apasport.az saytının məlumatına görə, 1:2 hesablı məğlubiyyət milanlılar üçün ardıcıl 4-cü olub.

 

Bu oyuna qədər “Cenoa” (0:1), “Napoli” (0:1) və “Fiorentina”dan (4:5) zəif olan “neradzurra” “Milan”la heç-heçədən əvvəl “Krotone” (1:2) və “Sampdoriya” (1:2) ilə bacarmamış, ondan öncə isə “Torino” ilə xalları yarı bölmüşdü.

 

Beləliklə, ardıcıl 8 oyunda qələbəyə həsrət qalan “İnter” öz antirekordunu təkrarlayıb. Sonuncu dəfə 1982-ci ildə belə biabırçı çıxış etmiş Milan təmsilçisi 35 il sonra növbəti dəfə uğursuz seriyanı təkrarlayıb.

 

Qeyd edək ki, hazırda aktivində 56 xal olan komanda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 

0