[b]İslamiada: Ruslan Lunyov yenə qızıl medal qazandı[/b]
14.05.2017 - 18:16
[b]İslamiada: Ruslan Lunyov yenə qızıl medal qazandı[/b]

Azərbaycan millisinin güllə atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 2-ci medalını qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizə ilk medalı qazandıran snayper bu gün 25 metr məsafədən sürətli atəş açmaqda fərqlənib.

 

Lunyov 25 metr məsafədən mərkəzə atəş açmaqda olduğu kimi, yenə də bütün rəqiblərini üstələyib. Final  mərhələsində 21 xal toplayan Ruslan ikinci dəfə qızıl medala yiyələnib.

 

Qeyd edək ki, 2-ci yeri türkiyəli Murat Kılıç, 3-cü yeri omanlı Həşim Əl Səidi tutub.

 

0