[b]“Həmin insanlara hər şeyi sübut etdim” – Məmmədəli Mehdiyev[/b]
14.05.2017 - 19:40
[b]“Həmin insanlara hər şeyi sübut etdim” – Məmmədəli Mehdiyev[/b]

“Finaldakı rəqibim çox güclü idi. Onunla 4 dəfə qarşılaşmışdım. Sonuncu dəfə mən onu məğlub etmişdim. Prinsipial görüş idi. Yenə qalib gəlməli idim”. Apasport.az saytının məlumatına görə, bunu cüdoçu Məmmədəli Mehdiyev deyib.

 

Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev qızıl medal qazanıb.

 

İdmançımız bildirib ki, bəzi şəxslər onun qalib olacağına inanmayıblar: “Çoxu inanmırdı, çoxu istəmirdi. Müəllimlərin qərarı ilə döyüşə çıxdım. Həmin insanlara da hər şeyi sübut etdim. Qələbəmə inanmayan insanlar olmasaydı, bəlkə heç qızıl medal qazanmazdım. Canları sağ olsun, məni dəstəklədilər”.

 

 

0