[b]Teymur Məmmədov: Hədəfim çempionluqdu[/b]
14.05.2017 - 19:53
[b]Teymur Məmmədov: Hədəfim çempionluqdu[/b]

"Mən çempion olmalıyam". Apasport.az saytının məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında boks millimizin üzvü Teymur Məmmədov deyib.

 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 91 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov debüt görüşündə Özbəkistan boksçusu Sardorbek Beqaliyevə qalib gəlib. London Olimpiadasının bürünc medalçısı inamlı qələbə sayəsində yarımfinala adlayıb.

 

Qələbə sevincini bölüşən Məmmədov bunları deyib: “Çox güclü məşqlər keçmişik. Bu yarışa yaxşı hazırlaşmışam. Amma ilk döyüş çətin oldu, rəqibim zəif deyildi. Birinci döyüş həmişə ağır olur. Növbəti rəqibim suriyalı boksçu olacaq. Onunla əvvəllər qarşılaşmamışam. Ancaq mən çempion olmalıyam. Hədəfim, məqsədim budu”.

 

Qeyd edək ki, Teymur Məmmədov yarımfinal döyüşünü mayın 17-də Suriya təmsilçisi Eldin Qoussuna qarşı keçirəcək.

 

Etibar Məmmədov

0