[b]Super Liqanın yeni sakinləri[/b]
14.05.2017 - 21:19
[b]Super Liqanın yeni sakinləri[/b]

Növbəti mövsüm Türkiyə Super Liqasında çıxış edəcək iki komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, TFF 1-ci liqanın sondan əvvəlki 33-cü turunda heç-heçə oynayan iki komanda – “Yeni Malatyaspor” və “Sivasspor” 2017/18 mövsümünü əsas liqada keçirəcək.

 

Belə ki, “Boluspor”la öz meydanında bərabərliyə razılaşan malatyalılar xalını 61-ə yüksəldib ki, sona bir tur qalmış ilk iki yerdən birini tutması rəsmiləşib.

 

“Sivasspor” isə səfərdə “Adana Dəmirspor”la 1:1-ə razılaşıb ki, bu da sivaslıların 59-cu xalı olub. Beləliklə son turun nəticəsindən asılı olmayaraq, “qırmızı-ağlar” da elitada yarışacaqlar.

 

Qeyd edək ki, sonrakı 4 yerin sahibi olacaq komandalar Super Liqaya vəsiqə qazanmaq üçün pley-offlarda yarışacaqlar.

0