[b]"Bütün "qızıl"ları əldə edə bilərdik" – 4 medal qazanmış idmançımız[/b]
15.05.2017 - 00:40
[b]"Bütün "qızıl"ları əldə edə bilərdik" – 4 medal qazanmış idmançımız[/b]

"Bizim üçün asan bir gün deyildi. Düşünürəm ki, üzərimizə düşən işin öhdəsindən lazımınca gələ bildik". APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışlarında 4 medal qazanmış idmançımız Marina Durunda deyib.

 

O bildirib ki, gimnastika yığmamızın potensialı yarışların bütün qızıl medallarını qazanmağa kifayət edirdi:

 

"Vəzifəmizi yerinə yetirdik, amma düşünürəm ki, bundan da yaxşı ola bilərdi. Bütün qızıl medalları əldə edə bilərdik. Bir gün sonra Avropa çempionatında iştirak edəcəyik. O yarışlarda  ölkəmizi bundan da yaxşı  təmsil etməyə çalışacağam".  

 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışlarında bədii gimnastlarımız 7 medal qazanıb. Bunlardan 3-ü qızıl, 2-si gümüş, 2-si bürünc medaldır. 

 

0