“Real”dan rekord
15.05.2017 - 01:46
“Real”dan rekord

Madrid “Real”ı yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “kral klubu” İspaniya La Liqasının 37-ci turunun “Sevilya” ilə ev oyununda (4:1) bütün turnirlərdə ardıcıl 62-ci oyununda qol vuraraq, böyük beşlik ölkələri klubları arasında rekorda imza atıb.

 

Bu sahədə əvvəlki rekord “Bavariya”ya məxsus idi.

 

Qeyd edək ki, “Real” hazırda 87 xalla ikinci pillədə qərarlaşıb. “Kral klubu” lider “Barselona”dan yalnız şəxsi görüşlərdə geri qalır. Madrid təmsilçisinin ehtiyatda bir oyunu var.

0