[b]İslamiada: 28 medalçı fərqləndirildi[/b]
15.05.2017 - 13:21
[b]İslamiada: 28 medalçı fərqləndirildi[/b]

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı növbəti “Zəfər günləri” keçirilib. Apasport.az saytının məlumatına görə, dünən medal qazanan idmançılar mükafatlandırılıblar.

 

Tədbirdə Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov iştirak ediblər.

 

Rəsmilər qızıl medal qazanmış idman gimnastikası üzrə qadınlardan ibarət yığma (Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova), Ruslan Lunyov (güllə atıcılığı, tapança, 25 m), Roman Heydərov (karate, kata), Məmmədəli Mehdiyev (cüdo, 90 kq), Maksim Şemberov (üzgüçülük, sərbəst üsulla 1500 metr), qadınlardan ibarət həndbol yığması, Elxan Məmmədov (cüdo, 100 kq), İrina Zaretska (karate, 68 kq), Ayxan Mamayev (karate, 84 kq), Elçin Talıbov (paracüdo, 66 kq) və Ramil Qasımov (paracüdo, 73 kq), gümüş medalçılar - idman gimnastikası üzrə kişilərdən ibarət yığma (Murad Ağarzayev, Timur Bayramov, Bense Talas), Elmar Qasımov (cüdo, 100 kq), İrina Kindzerska (cüdo, +78 kq), Fəridə Əliyeva (karate, +68 kq), Bayram Mustafayev (paracüdo, 66 kq) və Kənan Abdulxanlı (paracüdo, +100 kq), yarışın bürünc mükafatına yiyələnən Asiman Qurbanlı (cüdo, +84 kq), Natiq Talıbov (paracüdo, 73 kq), Rövşən Səfərov (paracüdo, 90 kq) və İlham Zəkiyevi (paracüdo, +100 kq)

mükafatlandırıblar. Həmçinin dünən bədii gimnastikada, halqa və lent hərəkətlərində iki dəfə çempionluq yaşayan, gürzlərlə hərəkətdə “gümüş”,  topla hərəkətdə isə “bürünc” qazanan Marina Durunda, eləcə də eyni idman növündə topla hərəkətdə “qızıl”, lentlə hərəkətdə “gümüş”, halqa ilə hərəkətdə isə “bürünc” əldə edən Jalə Piriyeva mükafatına qovuşub.

 

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, yığmamız dünən aktivinə 28 medal (14 “qızıl”, 8 “gümüş”, 6 “bürünc”) yazdırıb.  

 

0