[b]İslamiada: Abbasova 3-cü oldu[/b]
15.05.2017 - 13:56
[b]İslamiada: Abbasova 3-cü oldu[/b]

Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün çəkisi 63 kq olan qadınlar körpücük üzərinə çıxıblar.

 

Burada Firuzə İbrahimova və Elnarə Abbasova medal mübarizəsi aparıblar.


Firuzə birdən qaldırma hərəkətində 80 kq, təkanla qaldırmada isə 100 kq-ı ram edib. Toplam 180 kq (80+100) nəticə göstərən atletimiz bu çəkidə 5-ci yeri tutub.


Elnarə birdən qaldırma hərəkətində 82 kq, təkanla qaldırma hərəkətində isə 102 kq-ı ram edib. Toplam 184 kq (82+102) nəticə göstərən atletimiz bu çəkidə bürünc medal qazanıb.

 

0