[b]İslamiada: Atletimiz qızıl medal qazandı[/b]
15.05.2017 - 14:19
[b]İslamiada: Atletimiz qızıl medal qazandı[/b]

Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün çəkisi 69 kq olan qadınlar körpücük üzərinə çıxıblar.

 

Burada Fidan Hüseynzadə və Anastasiya İbrahimli medal uğrunda mübarizə aparıblar.


Fidan birdən qaldırma hərəkətində 69 kq, təkanla qaldırmada isə 88 kq-ı ram edib. Toplam 157 kq (69+88) nəticə göstərən atletimiz bu çəkidə 7-ci yeri tutub.


Anastasiya birdən qaldırma hərəkətində 100 kq, təkanla qaldırmada isə 119 kq-ı ram edib. Ümumilikdə 219 kq (100+119) nəticə göstərən atletimiz bu çəkidə qızıl medal qazanıb.

 

Anastasiya həm də İslam Həmrəyliyi Oyunları tarixində bu çəkidə birdən qaldırmada 1, təkanla qaldırmada 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.

0