[b]“Qəbələ” səpələnmişlər səbətində[/b]
15.05.2017 - 17:52
[b]“Qəbələ” səpələnmişlər səbətində[/b]

Avrokubokların iştirakçılarının tərkibinin bir hissəsinin müəyyənləşməsi səbəbindən bəzi komandaların mübarizəyə qoşulacağı mərhələlər dəyişib. Apasport.az saytının məlumatına görə, UEFA yarışları ilə bağlı təxminləri ilə seçilən nüfuzlu statistik təşkilatların hesablamaları Azərbaycan klubu “Qəbələ”nin də Avropa Liqasında I deyil, II təsnifat mərhələsindən mübarizəyə qoşulacağını açıqlayıb.

 

Artıq vitse-çempionumuzun bu mərhələnin püşkatması zamanı hansı səbətdə yer alacağı da dəqiqləşib. “Qırmızı-qaralar” daha yüksək reytinqlilərin yer aldığı səpələnmişlər sırasında olacaq.

 

Yarışa bu mərhələdən başlayacaq yalnız 8 komanda bilinir. Onlardan 5-i səpələnmiş, 2-si səpələnməmişdi. Sonuncular “Qəbələ”nin potensial rəqibləridi. Bir komandanın səbəti isə bilinmir.

 

Qeyd edək ki, II təsnifat mərhələsinin püşkatmasında 16 klub, həmçinin I raundun 50 cütü iştirak edəcək.

 

Səpələnmişlər

“Hayduk” (Xorvatiya)

“Apollon” (Kipr)

“Brondbü” (Danimarka)

“Qəbələ” (Azərbaycan)

AEK (Kipr)

 

Səpələnməmişlər

“Ostersun” (İsveç)

“Brann” (Norveç)

 

Qeyri-müəyyənlər

“Osiyek” (Xorvatiya)

0