[b]Üzgüçümüzdən ikinci qızıl medal[/b]
15.05.2017 - 18:15
[b]Üzgüçümüzdən ikinci qızıl medal[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən üzgüçülük üzrə Azərbaycan millisi daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, Maksim Şemberev yarışda ikinci qızıl mükafatını əldə edib.

 

Dünən sərbəst üsulla 1500 metr məsafəyə hamıdan sürətli üzən təmsilçimiz bu dəfə kompleks üzgüçülükdə fərqlənib. O, 400 metr məsafəni hamıdan tez qət edib. 4 dəqiqə 16,56 saniyəyə finişə çatan Şemberev türkiyəli Batuhan Hakanı 7,76 saniyə, indoneziyalı Afla Praviranı 8,37 saniyə qabaqlayıb.

0