[b]Namizədlər açıqlandı: Premyer Liqanın ən yaxşı baş məşqçisi kim olacaq?[/b]
15.05.2017 - 20:03
[b]Namizədlər açıqlandı: Premyer Liqanın ən yaxşı baş məşqçisi kim olacaq?[/b]

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, seçim federasiya rəsmiləri, mətbuat nümayəndələri və azarkeşlər arasında aparılacaq geniş sorğu ilə keçiriləcək.

 

Maraqlıdır ki, Joze Mourinyo və Yurgen Klopp açıqlanan siyahıda yer almayıb.

 

Aşağıdakı mütəxəssislər ən yaxşı adına namizəddir.

 

1. Antonio Konte – “Çelsi”

2. Maurisio Poçetinno – “Tottenhem”

3. Pol Klement – “Suonsi”

4. Eddi Hau – “Bornmut”

5. Şon Dayiç – “Bernli”

6. Toni Pulis – “Vest Bromviç”

 

Qeyd edək ki, Konte “Çelsi” ilə ilk mövsümündəcə komandanı İngiltərə çempionu edib. Poçetinno isə 1963-cü ildən bəri ilk dəfə “Tottenhem”ə “gümüş” qazandırıb.

0