[b]“Rəqib məndən qorxdu” - Məhəmmədrəsul Məcidov[/b]
15.05.2017 - 20:16
[b]“Rəqib məndən qorxdu” - Məhəmmədrəsul Məcidov[/b]

"Rəqibim qorxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri boks millimizin üzvü Məhəmmədrəsul Məcidov deyib.

 

+91 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançımız Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala adlayıb. Məcidovun 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşü ikinci raundda rəqibin mübarizədən imtina etməsi səbəbindən yarımçıq dayandırılıb və dünya çempionumuz qalib elan olunub. 

 

Qələbə sevincini bölüşən Məhəmmədrəsul bildirib ki, növbəti rəqibinə də qalib gələcəyinə əmindi: “Rəqibim güclü zərbə aldığı üçün döyüşdən imtina etdi. O bilirdi ki, məndən zəifdi. Buna görə də qorxdu və döyüşmədi. Növbəti rəqibim iordaniyalı olacaq. Onu tanıyıram və qalib olacağımı bilirəm. Əminəm ki, qızıl medalı əldə edəcəm”.

 

Qeyd edək ki, Məcidov mayın 17-də keçiriləcək yarımfinal görüşündə İordaniya təmsilçisi Hüsseyn İaşaişlə qarşılaşacaq.

 

Etibar Məmmədov

0