[b]“Bu məsələ müzakirə olunmur” – Elxan Məmmədov[/b]
15.05.2017 - 21:01
[b]“Bu məsələ müzakirə olunmur” – Elxan Məmmədov[/b]

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında qrupda keçirdyi 3-cü oyunda Mərakeşlə 0:0 hesablı bərabərliyə razılaşaraq yarımfinala vəsiqə qazanan millimiz bu mərhələdə Əlcəzairlə qarşılaşacaq. Oyun başa çatdıqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun barəsində nə deyə bilərsiz?

- İlk olaraq, təbrik edirəm. Qrupdan yarımfinala yüksəlmək minimum məqsəd idi və öhdəsindən gələ bildik. İndi isə maksimum məqsədə, finala hazırlaşmalıyıq. Komanda baxmayaraq ki, qısa müddətdə 3 oyun keçirdi, ancaq gördük ki, fiziki hazırlıq baxımından hər şey əladı. Xüsusilə də hər üç matçın son dəqiqələrində hücum etməyimizi qeyd etmək istəyirəm. Hesab edirəm ki, yaxşı nəticədir, ancaq finala yüksəlmək əsas hədəfimizdir.

 

- Üç oyundan sonra 5 xal toplamağı yaxşı nəticə hesab eləmək olar?

- Əlbəttə, əsas məsələ qrupdan çıxmaqdı. Qısa müddətli turnirlərdə qayda belədi. Gücünü qənaətlə istifadə etməlisən. Gücü düzgün paylaşsan, hədəfə də uğurla çatmaq olar.

 

- Komandanın çıxışı uğurlu olacağı təqdirdə mükafatsız qoymazsınız yəqin ki...

- Hazırda bu məsələ müzakirə olunmur. Əsas məqəd finala çıxmaq və ondan sonra da çempion olmaqdır.

 

- Mərakeş millisi hakimdən çox narazılıq edirdilər. Xüsusilə də bir epizodda penalti tələb etdilər. Siz necə düşünürsüz, hakim meydan sahiblərinə tərəfkeşlik edirdimi?

- Bu oyunda rəqibə mütləq qələbə lazım idi. Ona görə də bəzi məsələlərə subyektiv yanaşıblar. Düşünürəm ki, hakim hər vəziyyətdə düzgün qərar verdi.

 

- Növbəti rəqib qrupdakı 3 oyundan ikisində qələbə qazanmış Əlcəzair millisidir. Ərəblər turnirin əsas favoritlərindən biridir. Necə düşünürsüz, millimiz qələbə qazana biləcəkmi?

- Bizim üçün əsas ümidli məqam komandamızın qol buraxmamısıdır. Ona görə də düşünürəm ki, doğma meydan amilindən də yararlanaraq qalib gələcəyik.

 

- Ölkə prezidenti qalib gələn idmançılara təyin olunmuş mükafatları açıqladı. Məlumatınız varmı, komanda idman növləri üçün bu məbləğ necə bölünəcək?

- Dediyim kimi, hazırda tək düşüncəmiz mümkün qədər irəliləməkdir. Mükafatlar haqqında isə hələ maraqlanmamışıq.

0