[b]“Minimum hədəfə çata bildik” – Yaşar Vahabzadə[/b]
15.05.2017 - 21:41
[b]“Minimum hədəfə çata bildik” – Yaşar Vahabzadə[/b]

“Rəqibin qələbəyə ehtıyacı olduğunu və ağır matç olacağını bilirdik. Gözlədiyimiz kimi matçboyu hücum etdilər. Komandamız əzmkarlıqla mübarizə apardılar. Oyun keyfiyyətində qüsurlar olsa da, istək, arzu baxımından bir problem yox idi. Qarşıya qoyulan minimum hədəf qrupdan çıxmaq idi ki, onu da bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri U-23 millimizin baş məşqçisi Yaşar Vahabzadə deyib.

 

İslamiadanın futbol yarışları çərçivəsində Mərakeşlə qarşılaşan komandamız 0:0 hesablı bərabərliyə razılaşıb. Matç başa çatdıqdan sonra oyunla bağlı fikirlərini bölüşən Vahabzadə sualları da cavablandırıb.

 

- Matçın gedişində Orxan Əliyevi oyuna salmaq istəsəniz də, sonradan fikrinizi dəyişdirdiniz...

- Orxanı Ağabalanın yerinə oyuna salmaq istəyirdim, ancaq sonradan Ramazanovun fəallaşması bu qərarımızı təxirə saldı.

 

- Qonaqlar hakimdən şikayətlənirdilər, siz bu barədə nə düşünürsünüz?

- İlk epizoda təzədən baxmaq lazımdı. İkinci hissədə isə iki oyunçunun toqquması idi, penalti olduğunu düşünmürəm.

 

- Hər üç oyunda müşahidə etdik ki, komanda ikinci hissədə daha yaxşı çıxış edir. İlk hissəni isə sanki yola verir. Bu xüsusi tapşırıqdı, yoxsa...?

- Xeyr, elə bir tapşırıq yoxdu. Bəlkə də külək kömək edir bizimkilərə? (gülür)

 

- Əlcəzairin oyunundan xəbəriniz var? Keçmək mümkündümü?

- Türkiyə ilə oyunlarını izləmişik. Orda gələcək rəqibimiz kimi izləməmişdik, təzədən diqqətlə baxıb müəyyən analizlər edəcəyik.

0